Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağda hər şey Azərbaycanın nəzarəti altındadır''

''Qarabağda hər şey Azərbaycanın nəzarəti altındadır''

Tarix: 2 Dekabr 2020 18:15

"Laçın rayonunun azad olunması ilə ilk növbədə və ən əsası Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi". 

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyyatda olan polkovnik İlqar Əliyev deyib.

Polkovnik bildirib ki, indi Qarabağda hər şey Azərbaycanın nəzarəti altındadır: 

"Təxminən 30 il bundan qabaq Azərbaycan-Ermənistan dövlət sərhəddi arasında yaranmış boşluq tam olaraq bağlandı və dövlət sərhəddi şəklində müdafiə-mühafizəyə götürüldü. Laçının işğaldan azad edilməsinin hərbi-starteji əhəmiyyəti ondan ibarətdir ki, 1990-cı illərdə Ermənistan silahlı birləşmələri Qarabağa girmək, əraziləri işğal etmək üçün platsdarm kimi ilk növbədə Laçını ələ keçirdi. Sonradan bu platsdarm ermənilər üçün keçid məntəqəsinə çevrildi. Laçın Koridoru vasitəsi ilə Ermənistan bütün silahlı qüvvələrini, hərbi texnikasını Qarabağa yeritdi və işğal etdiyi torpaqların təminatını həyata keçirdi. Noyabrın 10-da imzalanmış sənədlərə əsasən artıq dünəndən (1 dekabr Laçın Azərbaycana təhvil verildi) etibarən Ermənistan bu platsdarmdan məhrum oldu. Bununla da Ermənistanla Qarabağ arasındakı məntəqə düşmənin əlindən çıxdı. Laçının əsas hərbi-starteji əhəmiyyəti bu idi.

Dekabrın 1-ə qədər (Laçının Azərbaycana təhvil verildiyi günə kimi) bütün o əldəqayırma ermənipərəst jurnalistlər, bloqerlər, diplomatlar və başqaları tez-tez Azərbaycandan icazə almadan birbaşa Laçın Dəhlizindən keçərək Qarabağda feyk məlumatlar, dezinformasiyalar yayırdılar. Onlar bu yolla Qarabağdan feyk məlumatlarla Azərbaycanı qaralamağa, Ermənistanı isə yazıq bir xalq kimi bütün dünya icrimiyyətinə göstərməyə çalışırdılar. Artıq o təxribatların da qarşısı alındı. Çünki artıq bundan sonra onların Qarabağa gəlişi üçün Azərbaycan tərəfinin razılığı olmalıdır və yaxud da həmin bloqerlər, jurnalistlər Azərbaycanda akkreditasiyadan keçib o ərazilərə ayaq basa bilərlər. İndi hər şey Azərbaycanın nəzarəti altındadır və Azərbaycan belə halların təkrarlanmasına gələcəkdə imkan verməyəcək. 

Bundan sonra Laçın Koridoru ancaq bir məqsədlə, dinc əhalinin hərəkətini təmin etmək məqsədilə fəaliyyət göstərəcək. Artıq oradan hərbi texnikanın keçməsi, silah-sursatın Qarabağa daşınması olmayacaqdır. 44 günlük müharibədən əvvəlki danışıq masasındakı şərtlərə əsasən əvvəlki ssenari ilə getsəydi, 5 rayonu boşaltsaydılar ermənilər onsuz da Laçını boşaltmayacaqdılar. Onların Laçını boşaltmaq fikirləri yox idi. Və Qarabağ ətrafındakı 5 rayonda olan silahlı qüvvələrini Ermənistana çəkməyəcəkdilər, hamısını Qarabağın ərazisinə yığacaqdılar. Laçına, Xankəndiyə, Şuşaya və indi dinc əhalisinin qaldığı digər ərazilərə yerləşdirəcəkdilər. O vaxt da bizim o qüvvəni məhv etmək üçün xeyli sayda canlı qüvvə və texnika itkisinə yol verə bilərdik. O boyda qüvvələri bir balaca bölgədə konsentrasiya olacaqdılar, bu da bizim üçün xoşagəlməz hadisələrə səbəb ola bilərdi. Amma indi bir güllə atılmadan, heç bir itki vermədən Ağdam, Kəlbəcər, Laçın boşaldıldı". 

Təhməz Əsədov


Etiketlər:  Qarabağda hər şey Azərbaycanın nəzarəti altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ