Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donma

Donma

Tarix: 3 Dekabr 2020 08:42

Soyuğun təsirindən orqanizmin toxumalarını zədələnməsi deməkdir.
Səbəbləri:
Orqanizmin məhdud nahiyəsinə aşağı temperaturun təsiri ilə izah olunur. Donma soyuq havanın, buzun, donmuş əşyaların təsirindən baş verə bilər. Donma çox vaxt aşağı temperaturun soyuq küləklə bir yerdə, havanın rütubəti çox olduqda baş verir. Zəif, avitaminozlu orqanizm daha çox donmaya məruz qalır. İçkili insanlar da aşağı temperaturu hiss etmədikləri üçün daha çox donmaya düçar olurlar.
Donma orqnizmin geyim dəyməyən yerlərində - əl və ayaq barmaqlarında, burun, qulaqlar, dodaqlarda baş verir. Dar ayaqqabı və dar paltar qan dövranını pozur və donmaya səbəb olur.
Əlamətləri
Donmanın əlamətləri dərhal əmələ gəlmir. Soyuqdan dəri solğunlaşır və həsaslıq itir. Əsas simptomları insan isti otağa gəldikdə təzahür olur. Ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir:
I dərəcə - isindikdən sonra dəri şişir, məxməri rəng alır, zərərçəkən nahiyə ağrıyır, keyiyir, oynaqlarda əzginlik, ağrı olur.
II dərəcədə 1-2 gün sonra dəridə qovuqlar əmələ gəlir, içəriləri sarımtraq maye ilə dolu olur, qovuqlar açıldıqdan sonra yerində ağrılı yaralar olur. Onlar 2-3 həftədən sonra sağalır.
III dərəcədə toxumaların nekrozu baş verir. Dəri tünd məxməri göyümtül rəng alır. Ölmüş toxumalarla sağlam toxuma arasında aydın sərhəd görünür. İçi qanla dolu qovuqlar əmələ gəlir. Tədricən ölmüş toxumalar qopur, yerində yaralar əmələ gəlir. Onlar 1-3 aydan sonra tamamilə sağalır.
IV dərəcədə toxumalar sümüklərə qədər sıradan çıxır. Tədricən ölmüş toxumalar mumiyalaşır və qopur.
Siz nə edə bilərsiniz
Travmatoloji məntəqəyə xəstəni çatdırmamışdan qabaq ona ilk yardım göstərin. Ilk növbədə zərərçəkəni isti otağa gətirin, ona isti çay, bal ilə və ya isti süd verin. Əlləri və ayaqları dərhal qaynar suya salmaq olmaz, bu daha böyük zədəyə səbəb ola bilər. Zərər çəkən nahiyəyə 37 dərəcə C- yə qədər isti vanna edin, həmin nahiyəni spirtlə silin.
Həkim nə edə bilər:
I, II dərəcələrdə əməliyyatsız keçinmək olar, iltihabəleyhinə dərmanlar, antibiotiklər təyin edilr. Tetanus əleyhinə peyvənd vurulur.
III, IV dərəcədə müalicə stasionarda cərrah tərəfindən aparlır, ölmüş toxumalar kəsilir. Sonra reabilitasiya məqsədilə fizioterapiya müalicəsi, mineral və palçıq müalicə aparılır.


Etiketlər:  Donma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ