Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldudan 750-ci qol və rekord

Ronaldudan 750-ci qol və rekord

Tarix: 3 Dekabr 2020 10:02

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasında 750-ci qolunu vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu yubiley topuna Çempionlar Liqasının qrup mərhələsinin V turunda imza atıb.

O, Kiyev "Dinamo"su ilə ev görüşündə (3:0) fərqlənib. Ronaldu qollarından 450-ni "Real"da, 118-ni "Mançester Yunayted"də, 102-ni Portuqaliya millisində, 75-ni "Yuventus", 5-ni "Sportinq"də vurub.

Ronaldo "Dinamo"nun qapısına yol tapmaqla rekorda da imza atıb. Bu, onun Çempionlar Liqasındakı ev oyunlarında 71-ci qolu olub. Bununla da Ronaldu 70 dəfə fərqlənən Messinin göstəricisini arxada qoyaraq turnirin rekordçusu adını ələ keçirib.

Milli.Az


Etiketlər:  Ronaldudan 750 ci qol rekord


RƏYLƏR