Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2020 22:10
Türkiyə Superliqa təmsilçisi "Erzurumspor"un yeni baş məşqçisi müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Hüseyn Şimşir təyin olunub. Onunla 1+1 illik müqavilə imzalanıb. H.Şimşir bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyib.
Qeyd edək ki, "Erzurumspor" hazırda ölkə çempionatında 9 xalla 21 komanda arasında 17-ci pillədə qərarlaşıb.