Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snapdragon prosessorlarından imtina?

Snapdragon prosessorlarından imtina?

Tarix: 3 Dekabr 2020 22:12

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə etmişdi. Lakin Huawei şirkətinin rəhbərliyi bildirib ki, hazırki vaxtda o, Snapdragon prosessorlarının istifadəsində maraqlı deyil. Bu barədə Gizchina saytı xəbər verib. Huawei şirkətinin biznes üçün bulud servislər şöbəsinin prezidenti Zhang Pingan bildirib ki, Huawei rəhbərliyi Qualcomm şirkətinin bu məsələni nizamlaması cəhdlərini görür.

O əlavə edib ki, lazımi variant ortaya çıxarsa, Huawei şirkəti Qualcomm-dan prosessor alınması məsələsini nəzərdən keçirdəcək. Bununla yanaşı Huawei şirkətinin partnyorlarından birinin sözlərinə əsasən hal hazırda şirkət tərəfindən müxtəlif 4G cihazlara olan sifariş həcmi artır. Qeyd etmək lazımdır ki, Qualcomm, AMD, Sony və Intel şirkətləri Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə ediblər və bu şirkəltər Huawei üçün lazımi təchizatı istehsal edə bilərlər.

Lakin Qualcomm ilə bağlı məsələdə bir vacib nüans var. Belə ki, ABŞ sanksiyalarına əsasən Qualcomm şirkəti Huawei üçün yalnız 4G dəstəkli prosessorları istehsal edə bilər. Bu isə öz növbəsində Qualcomm ilə əməkdaşlıq məsələsini Huawei üçün o qədər də böyük maraq kəsb etmir. Huawei əksinə 5G dəstəkli platformaların istehsalat miqyasının genişləndirilməsinə diqqətini ayırmaq istəyir. ABŞ sanksiyaları səbəbilə Huawei artıq özünün Kirin prosessorlarından imtina etməli olub. Bu isə şirkətin flaqman smartfonları üçün Kirin 9000 prosessorunun çatışmazlığına səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Snapdragon prosessorlarından imtina


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ