Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymənin qarşısını necə almalı

Soyuqdəymənin qarşısını necə almalı

Tarix: 3 Dekabr 2020 23:42

Soyuqdəymə havaların soyuması zamanı aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- burun tutulması
- burun axması
- asqırma
- öskürmə
- üşütmə, bəzən qızdırma.
Soyuqdəymə zamanı infeksiya və bakteriyalara heç bir antibiotik təsir etmir. Ancaq bəzi təbii vasitələrlə xəstəliyin əlamətlərini azaltmaq və sağalmanı tezləşdirmək mümkündür. Bu vasitələrə aşağıdakılar aiddir:
* Stresi azaltmaq, sinir sistemini sakit saxlamağa çalışmaq, istirahətə üstünlük vermək.
* İmmuniteti artırmağa çalışmaq və sağalmağa inanmaq.
* Bədəni isti saxlamaq, tərləməyə üstünlük vermək.
* Qan dövranını sürətləndirmək üçün qısa müddət də olsa piyada gəzmək.
* Qidalanmaya diqqət yetirmək, rahat həzm olunan qidalar qəbul etmək.
* Az yağlı qidalarla qidalanmaq və bol meyvə yemək.
* Soyuqdəymə əleyhinə bitki çaylarından istifadə etmək.
* Toyuq şorbası içmək. Toyuq şorbasının burundakı tutulmaların açılmasına səbəb olduğu dəfələrlə sübut olunub.
* Bol-bol su içmək orqanizmdən soyuqlama əlamətlərinin azalmasına səbəb olur.
* Su buxarıyla otağı nəmləndirmək soyuqdəymə zamanı çox faydalıdır.
* Duzlu su ilə burunu təmizləmək burundakı ödemin azalmasına və burundakı tutulma əlamətinin aradan qalxmasına səbəb olur.
* Vitamin C qəbul etmək. Vitamin C öskürmə, asqırma və soyuqdəymə əlamətlərinin azalmasına səbəb olur.
* İsti geyinmək və tez-tez havası dəyişən isti otaqda yatmaq.
* İsti vanna qəbul etmək (qızdırmanı yoxladıqdan sonra).


Etiketlər:  Soyuqdəymənin qarşısını necə almalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ