Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dollar dünyanın əsas valyutalarına qarşı UCUZLAŞIR

Dollar dünyanın əsas valyutalarına qarşı UCUZLAŞIR

Tarix: 4 Dekabr 2020 09:56

ABŞ valyutası dünyanın əsas valyutalarına qarşı sürətlə ucuzlaşır.

Sonxeber.net öxu24.com-а istinadən xəbər verir ki, avro, Koreya vonu və s. valyutalar dollara qarşı son 2 ilin maksimal, İsveçrə franksı isə 2015-ci ildən ən yüksək dəyərə sahib olub.

Son 7 ayda dünyanın aparıcı 10 valyutasına qarşı ucuzlaşan dollar dekbarda da ucuzlaşmasını davam etdirib.

"Bloomberg"in məlumatına görə, 2002-ci ildə ABŞ dolları İsveçrə frankına qarşı 8%, yapon yenasına qarşı isə 4% ucuzlaşıb.

Avro, Koreya vonu və s. valyutalar dollara qarşı son 2 ilin maksimal, İsveçrə franksı isə 2015-ci ildən ən yüksək dəyərə sahib olub.

Avro da 2018-ci ilin aprelində bəri ən yüksək dəyərə sahib olaraq 1,2125 dollar nisbətinə çatıb. ABŞ iqtisadiyyatının stimullaşdırılması üçün Bayden administrasiyasının addımları, COVID-19-a qarşı vaksinin yaxın zamanlarda hazır olması və Çin iqtisadiyyatının inkişaf tempinin artması dolların qarşıdakı illərdə də ucuzlaşmasına əsas verən amillər sayılır.

Federal Rezerv Bankının faiz dərəcələrini artırmayacağı da bu iddialara əsas verir.

Morgan Stanley, Goldman Sachs və Citigroup kimi dünyanın iri maliyyə şirkətləri də dolların ucuzlaşmasını təsdiqləyir.


Etiketlər:  Dollar dünyanın əsas valyutalarına qarşı UCUZLAŞIR


RƏYLƏR