Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 12:02
Əməkdar artist Nailə İslamzadə də koronavirusa yoluxub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, bir neçə gün əvvəl narahatçılıq hiss edib:
"İki gün əvvəl testimin cavabı pozitiv oldu. Evdə müalicə olunuram. Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər".