Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)

Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)

Tarix: 4 Dekabr 2020 14:44

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Avropa çempionatında iştirak etmək bizim üçün böyük təcrübə oldu.

Bunu Trend-ə Kiyevdə keçirilmiş bədii gimnastika üzrə 36-cı Avropa çempionatının iştirakçıları, qrup hərəkətlərdə milli komandanın üzvləri Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina deyib.

L.Əlimuradova bildirib ki, pandemiya ilə əlaqədar uzun fasilədən sonra xalçaya çıxmaq gözəl hiss idi:

“Bizim qazandığımız medallar məşqçilərin əməyidir. Məhz onların sayəsində biz bu cür nəticə əldə etdik”.

M.Səfərova bu yarışın iştirak etdiyi ilk Avropa çempionatı olduğunu deyib:

“Şadam ki, çox yaxşı çıxış etdik. Qarşıda hələ biz çox yarışlar gözləyir. Biz bundan sonra da məşqlərimizi davam etdirəcəyik, qələbələr qazanaraq gimnastika pərəstişkarlarını sevindirəcəyik”.

Y.Luzan da bu yarışda qrup hərəkətlərdə ilk dəfə çıxış etdiyini deyib:

“Əvvəllər mən fərdi proqramda çıxış etmişəm. Komandanın tərkib hissəsi insana daha çox əminlik verir. Biz komanda olaraq bir-birimizə hər bir şeydə kömək edirik”.

D.Sorokina deyib ki, Avropa çempionatında yaxşı nəticə əldə olunduğu üçün sevinclidir:

“Pandemiya müddətində bu yarışı təşkil etdikləri üçün təşkilatçılara təşəkkürümü bildirirəm. İdmançılar üçün turnirlərdə iştirak etmək, təcrübə toplamaq, ustalıq və texnikanı təkmilləşdirmək vacibdir. Komandamız üçün bu, vacib yarış oldu”.

Komandanın ən təcrübəli iştirakçısı Z.Hümmətova əlavə edib ki, komanda yarışlar iki növdə çıxış edib:

“Biz 5 topla, eləcə də 3 halqa və 2 gürzlə hərəkətlərdə proqramımızı təqdim etdik. Bu yarışlar tamaşaçısız keçirilsə də, zalda olan nümayəndə heyətimiz bizi çox güclü dəstəkləyirdilər və bizə azarkeşlik edirdilər. Biz hətta tamaşaçıların olmadığını hiss etmədik. Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik”.

Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO) - Gallery Image Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO) - Gallery Image


Etiketlər:  bütün Azərbaycanın dəstəyini hiss edirdik Bədii gimnastika üzrə qrup komandasının üzvləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ