Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 21:10
İt dişləməsinə fikir verilmədiyi üçün səkkiz yaşlı uşaq quduzluqdan öldü.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, faciə Rusiyanın Volqoqrad vilayətində baş verib.
Məktəbli şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, it uşağı hələ avqust ayında "ev şəraitində" dişləyib. Ancaq valideynləri buna əhəmiyyət verməyiblər. Noyabr ayında uşaq ayaqlarında ağrıdan şikayət etməyə başlayıb, sonra quduzluğun ilkin əlamətləri müşahidə olunub.
Bildirilir ki, qız simptom yaranmazdan əvvəl həkimə göstərilsəydi, onun həyatını xilas etmək mümkün olardı.