Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 08:48
Bakı. Trend:
ABŞ səlahiyyətliləri Çinin "ByteDance" şirkətinin "TikTok" sosial şəbəkəsinin amerikan seqmentini satmaq üçün müqavilə bağlamalı olduğu müddətin uzadılmamasına qərar verdi.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Bildirilir ki, sözügedən müddət dekabrın 4-də bitib və ABŞ federal hökuməti onu yeniləməməyə qərar verib. Bununla belə, Vaşinqton "TikTok"un yerli seqmentinin taleyi ilə bağlı "ByteDance" ilə danışıqların davam etdirilməsini istisna etmir.
Daha əvvəl ABŞ səlahiyyətliləri Çin tərəfi satışdan imtina edərsə, 12 noyabr tarixindən etibarən "TikTok"un işinə ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırıb. Lakin Vaşinqton administrasiyası "ByteDance" şirkətinə 27 noyabr tarixinə qədər 15 günlük güzəşt müddəti və daha sonra bu müddətin bir həftə - dekabrın 4-dək uzadılması qərarını verib.