Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 09:12
İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu seçilib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu ada yiyələnib.
35 yaşlı forvard ötən ay ərzində ölkə çempionatında meydana çıxdığı 3 oyunda 5 qola imza ataraq mükafata sahib çıxıb. Portuqaliyalı superulduz yalnız "Benevento" (1:1) ilə görüşdə iştirak etməyib.
Qeyd edək ki, koronavirusa yoluxduğu üçün oktyabrdakı oyunları buraxan Ronaldo dönüşünü noyabrın 1-də "Speziya" (4:1) ilə matçda qeyd edib.