Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google”un əməkdaşı “iPhone”da təhlükəli boşluq aşkar edib

“Google”un əməkdaşı “iPhone”da təhlükəli boşluq aşkar edib

Tarix: 5 Dekabr 2020 21:52

"Google"un kibertəhlükəsizlik bölməsinin əməkdaşı İen Bir "iPhone"da təhlükəli boşluq aşkar edib. Bu barədə "Google Project Zero" saytında məlumat verilib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki,  İen Bir "iOS" əməliyyat sistemində "sıfır gün" (zero day) boşluqlarına aid olan təhlükəli boşluq aşkar edib. Bu boşluq hakerə "iPhone" cihazına məsafədən qoşulmağa imkan verir. "Google"un əməkdaşı qurğuya qoşula, elektron poçtu oxuya, şəkilləri yükləyə, həmçinin kameraya və mikrofona çıxış əldə edə bilib.
 
Sözügedən boşluq "iPhone", "iPad", "Mac" kompüterləri və "Apple Watch" "ağıllı" saatlarının öz aralarında əlaqə qurmaq üçün istifadə etdikləri "AWDL" (Apple Wireless Direct Link) protokolunda aşkar edilib. Bu halda qurğunun sahibi müdaxilə izini aşkar edə bilmir.


Etiketlər:  Googleun əməkdaşı iPhoneda təhlükəli boşluq aşkar edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ