Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusa 29 mindən çox şəxs yoluxdu

Rusiyada koronavirusa 29 mindən çox şəxs yoluxdu

Tarix: 6 Dekabr 2020 14:12

Bakı. Trend:

Rusiyada sutka ərzində koronavirusa yoluxma hallarının sayı 29 039 nəfər artıb, bu da pandemiya başlayandan bəri yeni maksimum göstərici olub.

Trend-in məlumatına görə, bu barədə yeni infeksiya ilə mübarizə üzrə federal operatıv qərargahı bildirib. Bundan əvvəl ən yüksək göstərici dekabrın 5-də qeydə alınıb - 28 782 yoluxma halı.

Məlumata əsasən, ümumilikdə Rusiyada 2 460 770 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə 1 937 738 müalicə alır, 1 937 738 nəfəri isə sağalıb. Koronavirusa yoluxan 43 141 xəstə vəfat edib.


Etiketlər:  Rusiyada koronavirusa mindən çox şəxs yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ