Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azər Əliyevin klubuna 1 qol bəs etdi

Azər Əliyevin klubuna 1 qol bəs etdi

Tarix: 6 Dekabr 2020 23:38

Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə "Rostov"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
 
"Ufa" 17 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.


Etiketlər:  Azər Əliyevin klubuna bəs etdi


RƏYLƏR