Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazarovun komandası doğma meydanda uduzdu

Nazarovun komandası doğma meydanda uduzdu

Tarix: 7 Dekabr 2020 04:32

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda "Regensburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
 
10 turdan sonra 15 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nazarovun komandası doğma meydanda uduzdu


RƏYLƏR