Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 16:50
Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə alan 30-a yaxın yaralı qazinin klinikadan çıxarılacağı barədə məlumat yayılıb.
Sonxeber.net-a TƏBİB-dən verilən məlumata görə, sözügedən universitetin Tədris Cərrahiyyə Klinikası bundan sonra Covid-19 xəstələrinə xidmət üçün fəaliyyət göstərəcək: "Buna görə də qazilərin bəziləri məzuniyyətə göndərilib, bəziləri Silahlı Qüvvələrin Baş Klinik hospitalına köçürülüb. Bəziləri isə evə buraxılıb".