Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fernando Santuş Azərbaycanın yer aldığı qrupu dəyərləndirib

Fernando Santuş Azərbaycanın yer aldığı qrupu dəyərləndirib

Tarix: 7 Dekabr 2020 23:54

"Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır".

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

O, Azərbaycanla rəqib olduğu DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: "AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir".


Etiketlər:  Fernando Santuş Azərbaycanın aldığı qrupu dəyərləndirib


RƏYLƏR