Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlumun tabutuna dedim ki, haqqını bizə halal et, oğul'' - VİDEO - FOTO

''Oğlumun tabutuna dedim ki, haqqını bizə halal et, oğul'' - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 13:36

Ata, yurdumuzu - Laçını almağa gedirik, anama deyin nigaran qalmasın, əksinə şəhid olsam, qürur duysun. Nəbadə ağlayasız. 

Vətən müharibəsinin ilk günündə əsgər atasının, telefonda oğlundan eşitdiyi sözlərdi bunlar.

Sonxeber.net bildirir ki, "ARB Xəbər" şəhid Tural Rəhimov haqqında süjet hazırlayıb.

Gəray Rəhimov (Şəhidin atası): "Səhər-səhər saat 10-a qalmışdı, zəng elədi. Dedi "Ata, narahat olmayın, narahat olmağa bir əsas yoxdur. Biz irəliyə doğru gedirik, mən şəhid ola bilərəm, amma mənim üçün heç vaxt heyfislənməyin". Bax belə bir oğlan idi o".

Bəlkə də o zamanlar Turalın dedikləri bir o qədər diqqət cəlb etmirdi. Amma indi onun arzularına qulaq asanda Turalın kortəbii şəhid olmadığına əmin olursan. Ata yurduna, Vətəninə bu qədər bağlı olan Turalı bu ruhda böyüdən bir ana var, başını dik tutub qürurla mən şəhid anasıyam deyir Süsən xanım.

Süsən Məmmədova (Şəhid anası): "18 yaşının olmasına baxmayaraq çox hörmət qazanmışdı, çox adam deyir ki, sən 18 il zəhmət çəkib övlad böyütmüsən. Amma mən nə qədər fikirləşirəm o əziyyəti hiss etmirəm. Çünki Tural mənə əziyyət verməyib. Mən Turalın tabutuna dedim ki, "Tural, bir ana kimi mənim sənin üzərində haqqım yoxdur, çünki sən mənə hiss elətdirməmisən bunu, sən mənə haqqını halal elə oğul". Mən qürur duyuram ki, mənim Tural kimi övladım olub".

Amma qismətdə şəhid olmaq varmış. Sarılıb getdiyi bayrağa sarılaraq geri dönmək.


Etiketlər:  Oğlumun tabutuna dedim haqqını bizə halal oğul VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ