Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 17:06
Kolumbiya millisinin və "Atletiko"nun sabiq futbolçusu Cekson Martines karyerasını bitirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özünün "İnstaqram" hesabında yazıb. O, zədəsini sağalda bilmədiyi üçün belə addım atdığını bildirib:
"Peşəkar futbolçu kimi karyeramı bitirməyə qərar verdiyimi sizə demək istəyirəm. Bu, həm çətin, həm də ən ağıllı qərardır.
2015/16-cı illər mövsümündə ayaq biləyimi zədələdikdən sonra yenidən meydana qayıtmaq üçün çalışmağa başladım. 2 il sonra qayıtsam da, bu cür oynamaq mənim üçün çətin idi".
Qeyd edək ki, Martinesin son klubu "Portimononse" (Portuqaliya) olub. O, zədə səbəbindən bu mövsüm oyuna çıxmayıb. Martines Portuqaliya təmsilçisində ötən mövsüm 24 matçda 1 qol vurub.