Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırdı

Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırdı

Tarix: 8 Dekabr 2020 17:38

Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.

Erməni Apostol Kilsəsinin rəhbəri müraciətində ​​Qarabağdakı müharibədən sonra xalqın ağır itki yaşadığını bildirib. Onun sözlərinə görə, çoxsaylı itkilər və Qarabağın əhəmiyyətli bir hissəsinin itirilməsi milli birliyi və həmrəyliyi pozub.

"Həyəcan verici hadisələrdən narahat olaraq Baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın Baş nazirə olan inamının aşağı olması səbəbindən və mümkün toqquşmalar və faciəli hadisələrin qarşısını almaq üçün onu səlahiyyətlərini təhvil verməyə çağırdıq" - Katolikosun açıqlamasında ​​qeyd olunub.


Etiketlər:  Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ