Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ bu 10 ölkəni din azadlığını pozanlar siyahısına saldı

ABŞ bu 10 ölkəni din azadlığını pozanlar siyahısına saldı

Tarix: 8 Dekabr 2020 18:28

ABŞ 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Qanununa əsasən, 10 ölkəni "sistematik, davamlı, qorxu ilə din azadlığını pozan ölkələr" siyahısına daxil edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət katibi Mayk Pompeo məlumat verib. O, sözügedən siyahıya Myanmar, Çin, Eritreya, İran, Nigeriya, Şimali Koreya, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın daxil edildiyini bildirib.

Pompeo sözügedən siyahıdan Özbəkistan və Sudanın çıxarıldığını vurğulayıb.

Bundan əlavə, Rusiya, Komor adaları, Kuba və Nikaraquanın xüsusi izləmə siyahısında olduğu bildirilib.


Etiketlər:  ABŞ ölkəni azadlığını pozanlar siyahısına saldı


RƏYLƏR