Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Yuventus'' ''Barselona''nı məğlub edib, Messi ilə Ronaldo 2,5 ildən sonra üz-üzə oyun keçiriblər

Çempionlar Liqası: ''Yuventus'' ''Barselona''nı məğlub edib, Messi ilə Ronaldo 2,5 ildən sonra üz-üzə oyun keçiriblər

Tarix: 9 Dekabr 2020 02:56

Bakı. Trend:

İtaliyanın futbol klubu "Yuventus" Çempionlar Liqası qrup mərhələsinin altıncı turunun səfər matçında İspaniyanın "Barselona" komandasını 3:0 hesabı ilə məğlub etdi

Trend-in məlumatına görə, Kriştiano Ronaldo dubla imza atdı (13, 52-ci dəqiqə), portuqaliyalı hücumçu hər iki qolu penaltidən vurdu. Digər qolu Veston Makkeni (20) vurdu.

Qeyd edək ki, K.Ronaldo və "Barselona"nın hücumçusu Lionel Messi 6 May 2018-ci ildən bəri ilk dəfə üz-üzə oyun keçiriblərr. Bundan əvvəlki oyun Ronaldunun o vaxt olduğu "Real Madrid" ilə "Baselona"nın 2:2 hesablı heç-heçə ilə bitib.

Hər iki komanda bundan əvvəl Çempionlar Liqası 1/8 finalında iştirakını təmin etmişdi. "Yuventus" G qrupunda birinci, "Barselona" ikinci yeri tutub.


Etiketlər:  Çempionlar Liqası Yuventus Barselonanı məğlub edib Messi ilə Ronaldo ildən sonra üzə oyun keçiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ