Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu dəfə də sirli sütun Britaniyada peyda oldu

Bu dəfə də sirli sütun Britaniyada peyda oldu

Tarix: 9 Dekabr 2020 03:32

Böyük Britaniyanın Uayt adasında sirli sütun peyda olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bundan əvvəl eyni hadisə ABŞ-ın iki ştatında (Yuta, Kaliforniya) və Rumıniyada da baş verib.

Britaniyada sözügedən sütunu yerli sakin Tom Danford sevgilisi ilə itini gəzdirən zaman müşahidə edib.

Məşhur Kompton çimərliyində onun diqqətini əksedici səthli olan sirli monolit cəlb edib. Bu barədə həmin şəxs televiziya kanalına danışıb.

Sütun təxminən üç metr (10 fut) hündürlüyündə olub. Onu buraya kimin yerləşdirdiyi məlum deyil.

Həmin sütunu görmək üçün yerli sakinlər adaya axışıblar.

Milli.Az


Etiketlər:  Bu dəfə sirli sütun Britaniyada peyda oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ