Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 13:30
Döyüşə girəndə baxmazdı ki, yanında neçə nəfər var. Torpaqlarımızın hər qarışının azad olunmasını o qədər istəyirdi ki....
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət vətən müharibəsində şücaət göstərən sumqayıtlı Səlimxan Bayramovdan gedir.
O, savaşın başladıgı ilk gündən cəbhədə idi. Getdiyini atasına sadəcə bir mesajla bildirmişdi.
Düşməni daha çox qovmaq, darmadağın etmək, izlərini canından artıq sevdiyi vətənindən büsbütün silmək üçün can atırdı. Tələsirdi yaman...
Səlimxan Füzulu, Cəbrayıl və Zənglan istimətində gedən döyüşlərdə ermənilərə amansız zərbələr endirib. Cəbrayilda düşmən postunu ələ keçirən igidimiz doğma şəhərini də yaddan çıxarmayıb.
Cəmi 22 yaşında adını Sumqayıtın qəhrəmanları sırasına yazdırmağı bacaran döyüşçümüz Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Mərdliyi, cəsarəti, səmimiliyi, istiqanlılığı, gülər üzü və heç yaddan çıxmayan şirin söz-söhbəti ılə yaddaşlara həkk olaraq... O, daim öndə olmağı arzulayırdı. Vətəninin yağılardan təmizlənməsini istəyirdi. Rahat uyu, qəhrəmanım! Şəhidlik zirvəsindən yüksək məqam ola bilməz bu həyatda...
Səlimxan Bayramov! Yalnız ata-anasının, yaxınlarının, sevdiklərinin deyil, artıq hər bir azərbaycanlının fəxr etdiyi bu adı unutmayacagıq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: