Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyüşçülərin "Şuşa qartalı" adlandırdığı şəhid zabitimiz böyük hünər göstərib - VİDEO

Döyüşçülərin

Tarix: 9 Dekabr 2020 16:44

Vətən müharibəsi dövründə döyüşkənliyi ilə seçilən hərbçilərimizdən biri də Bəhruz Abuşov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, döyüşçülərin "Şuşa qartalı" adlandırdığı Bəhruz Abuşov 1983-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində doğulub.

O, orta təhsilini uğurla başa vurduqdan sonra hərbi akademiyaya daxil olub.

İxtisaslı hərbi kimyaçı olub. O, istər Azərbaycanda, istərsə də Türkiyədə qatıldığı bir sira xüsusi təlimlərdə ən yüksək nəticələr göstərdiyindən xüsusi təyinatlı döyüşçülər qrupuna daxil edilib. Hərbçi yoldaşları bildirir ki, döyüşdə aktiv iştirak etməklə yanaşı yaralılara da kömək edərək ərazidən uzaqlaşdırıb.

Özü də yaralanıb, amma döyüşdən qalmayıb. O, yaralı halda məktub yazıb və gizlicə döyüşə yollanıb. Halbuki yaraları ona problem yarada bilərdi.

Polkovnik-leytenant rütbəsi alan Bəhruz Abuşov Şuşa ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəsi Bəhruz və onun kimi qəhrəmanlarımızın sayəsində torpaqlarımızin azad olunmasına görə fəxarət hissi yaşayırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Döyüşçülərin Şuşa qartalı adlandırdığı şəhid zabitimiz böyük hünər göstərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ