Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 20:56
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixində bir matçda "Barselona"ya iki penaltidən qol vuran ilk oyunçu olub.
Sonxeber.net Qo.laz-a istinadən xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Portuqaliyalı hücumçu dünən ÇL-in son turunda Kataloniya təmsilçisinə qarşı səfər görüşündə hər iki qolunu penaltidən vuraraq dubla imza atıb.
Qeyd edək ki, "Barselona" - "Yuventus" oyunu Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə qonaqlar qrup birincisi olub.