Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 02:08
Bakı. Trend:
İtaliyanın "Atalanta" futbol klubu Çempionlar Liqası qrup mərhələsinin son turunun səfər oyununda Hollandiyanın "Ayaks" komandasını 1:0 hesabı ilə məğlub edərək turnirin 1/8 final mərhələsinə yüksəlib.
Trend TASS-a istinadən xəbər verir ki, yeganə qolu 85-ci dəqiqədə Luis Muryel vurub. 79-cu dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılib.
D qrupunun digər oyununda Danimarka “Midtyulan” İngiltərənin “Liverpul”u ilə 1:1 hesabla heç-heçə etdi. İngilislərin hücumçusu Məhəmməd Salah (22 qol) keçmiş kapitan Stiven Jerardı (21 qol) keçərək klubun Çempionlar Liqasında ən yaxşı bombardiri, ayrıca 55-ci saniyədə fərqlənən Salah komandasının ən sürətli qolunun müəllifi oldu.
D qrupunun qalibi 13 xalla "Liverpul"dur, "Atalanta" 11 xalla ikinci, komandalar Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq. Üçüncü yerdəki "Ayaks" yeddi xal toplayaraq Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazandı. “Midtyulan” iki xalla dördüncü yerlə qərarlaşıb.