Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda "Zəfər paradı" keçirilir - CANLI YAYIM

Bakıda

Tarix: 10 Dekabr 2020 12:50

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçirilir.

Milli.Az bildirir ki, Bakının Azadlıq Meydanında keçirilən "Zəfər paradı"nda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Milli.Az


Etiketlər:  Bakıda Zəfər paradı keçirilir CANLI YAYIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ