Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 08:48
Bakı. Trend:
Liviya milli ordusunun qüvvələri tərəfindən ötən həftə Derna yaxınlığında saxlanılan Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus gəmi sərbəst buraxılıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, dərman daşıyan "Mabrouka" adlı ticarət gəmisi Misrata şəhərinin limanına yola düşüb.
Xatırladaq ki, ötən həftə Liviya milli ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus gəmini saxlamışdılar. Gəminin göyərtəsində 17 nəfər olub. Onlardan 9-u Türkiyə vətəndaşı, 7-si Hindistan vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.