Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 15:16
Bakı. Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 232 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 51 728 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 9 594 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 092 617 nəfərə çatıb. Virus daşıyıcılarından 5 760 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 787 853 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,61 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ölkədə 34 rayonun qırmızı, 260 rayonun narıncı və 154 rayonun sarı zona olduğunu deyib.