Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 16:28
İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar və polis arasında yenidən qarşıdurma yaşanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, polis İrəvanın Opera Teatrının yaxınlığında Fransa Meydanında mitinq keçirilməsinə icazə verməyib, bir çox insan polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, noyabrın 10-na keçən gecə Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin atəşkəs və sülhməramlıların Dağlıq Qarabağa köçürülməsi, eləcə də işğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalamasından sonra İrəvanda kütləvi etirazlar başlayıb.