Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

Tarix: 11 Dekabr 2020 23:12

"Əgər qısa zamanda koronavirus əleyhinə vaksin aşkarlansa və dünya üzrə vaksinləşmə aparılsa, bu, bizim qurtuluşumuz olar".

Sonxeber.net bildirir ki, bu sözləri redaktor.az-a həkim-radioloq Aydın Əliyev koronavirusun nə vaxt sona çatacağı haqqında danışarkən deyib.

"Hazırda demək olar ki, bütün dünya koronavirusun vaksinin axtarır. Çünki bu virusdan yaxa qurtarmağın yeganə yolu budur. Bəziləri iddia edir ki, guya kütləvi immunitet yaranarsa virus təsir gücünü itirəcək. Nəzərə alın, virus 1 ildir baş qaldırıb və artıq 70 milyona yaxın insan bu virusun qurbanı olub. Kollektiv immunitetin yaranmasını gözləsək, hələ bir neçə milyon insan da öləcək. Düzdür, vaksinin də nə vaxt hazır olacağı, effekt verib-verməyəcəyi də bəlli deyil. Amma ən azından bu, daha ümidvericidir. Əgər vaksin tapılsa və gözlənilən effekti versə, növbəti ilin əvvəlindən normal həyatımıza geri dönə biləcəyik", - deyə A.Əliyev qeyd edib.


Etiketlər:  Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ