Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 06:56
Bakı. Trend:
ABŞ hakimiyyəti Amerikanın "Moderna" şirkəti ilə koronavirusa qarşı hazırladığı 100 milyon doz peyvəndin alınması barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin saytında açıqlamalarda bildirilib.
Şirkət qeyd edib ki, ABŞ hökuməti COVID-19-a qarşı "Moderna" şirkətinin mRNA-1273 peyvəndinin əlavə 100 milyon doza almaq hüququndan istifadə etdi.
Bildirilir ki, nəticədə "Moderna" şirkətinin tədarük etməli olduğu dərmanın ümumi dozalarının sayı 200 milyona yüksəldi.