Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İranın cavabını verdi - Səfir XİN-ə çağırıldı

Türkiyə İranın cavabını verdi - Səfir XİN-ə çağırıldı

Tarix: 12 Dekabr 2020 10:44

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.net oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb. 

Türkiyə XİN-ə çağırılan səfir Ferazmendə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərifin "Twitter" hesabında Türkiyə Prezidentinin ünvanına yazdığı əsassız ittiham İran və Türkiyə arasındakı münasibətlərə xələl  gətirib. Bu, İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir və qəbuledilməzdir. 

Qeyd edək ki,  bu gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi  şerə İran XİN-də siyasi xarakter verildiyi üçün, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq Türkiyədən bu barədə izahat  tələb olunub.


Etiketlər:  Türkiyə İranın cavabını verdi Səfir XİN çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ