Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 16:44
Bakı. Samir Əli - Trend:
Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVİD-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.
Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.
Faktlarla əlaqədar S.Hüseynov və G.Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.