Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı

Tarix: 12 Dekabr 2020 18:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.

Fərmana əsasən, fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.

Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.


Etiketlər:  Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı


RƏYLƏR