Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 14:51
Bakı. Trend:
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfransı keçirilib.
MDU-dan Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı, dosent Nüşabə Qədimli, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.
Təqdim olunacaq mövzular barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
Konfransda universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən İlkin Hüseynli “Qarabağ müharibəsinin siyasi tarixi” mövzusunda (Elmi rəhbər: b.m.Mətanət Yusifova), Xanımtər Vəliyeva “Qarabağın dağıdılmış və məhv edilmiş tarixi abidələri” mövzusunda (Elmi rəhbər: b.m.Elmira Hacıyeva), Fidan Rəhimli “Qarabağın mədəniyyəti” mövzusunda (Elmi rəhbər: dos.Nüşabə Qədimli), Gülşən Cahangirova “Qarabağın təbii resursları” mövzusunda (Elmi rəhbər: b.m.Təranə Səfərova), Sevinc Allahverdiyeva “Qarabağın inciləri və ekoloji terror” mövzusunda (Elmi rəhbər: i.f.d Ruhiyyə Hüseynova), Çingiz Çingizzadə “Qarabağın iqtisadi potensialı” mövzusunda (Elmi rəhbər: b.m. Günəş Şəfaqətov), Anar Quliyev “Qarabağın sənaye potensialı və onun perspektiv inkişaf imkanları” mövzusunda (Elmi rəhbər: b.m.Arif Tağıyev) və Əlirza Abdullayev “Cənnət Qarabağın turizm imkanları” mövzusunda (Elmi rəhbər: b.m. Təranə Əliyeva) məruzələr ilə çıxış ediblər.
Müəllim və tələbə heyəti tərəfindən maraqla qarşlanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Elmi konfransda tələbələrin Vətən müharibəsində əldə olunan şanlı qələbəyə və işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafı ilə bağlı tədqiqatlara böyük maraq göstərməsi yüksək qiymətləndirilib, bu istiqamətdə tələbələrin fəallığının daha da artırılması üçün MDU tərəfindən bütün zəruri imkanların yaradılacağı qeyd olunub.