Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər...''

''Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər...''

Tarix: 14 Dekabr 2020 12:24

Rusiya sülhməramlılarının son davranışları həm 10 noyabr tarixində imzalanmış  üçtərəfli bəyanatın, həm də beynəlxalq qanunvericiliyin çərçivələrini aşır: gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaqla  səlahiyyət həddlərini keçirlər. Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularını zərərsizləşdirmək Azərbaycanın suveren hüququdur. Bundan "hiddətlənmək", "yeni cizgilər cızmaq", yeni xəritələr tərtib etmək Rusiya sülhməramlılarının həddi deyil. Onların hazırlayıb yaydıqları xəritə qeyri-realdır və qısa zamanda ona düzəliş edilməsinə ehtaiyac var: xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

Sonxeber.net bildirir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında söz sahibi olan qüvvələr Azərbaycan tərəfinin xoş məramını, yəni Rusiya sülhməramlılarının missiyasını qəbul etməklə, qonşu ölkəyə həm də tarixi şans verdiyini anlamalıdırlar:

"Bu şansdan istifadə etməklə, yəni nümunəvi, beynəlxalq prinsiplərə uyğun sülhməramlı missiya yerinə yetirməklə, RF dünyadakı yarıtmaz, neqativ imicini aradan qaldıra bilər. Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərmək ağılsızlıqdır, rasional düşüncədən çox uzaqdır. Düşünüb anlamalıdırlar ki, onların sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi nə dünya, nə də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb, çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan  etimad limitini əsaslı şəkildə sarsıtmalqa yanaşı, dünyada möhkəm şəkildə kök salmış "Rusdan sülhməramlı olmaz" stereotipini də möhkəmləndirmiş olur".

Aslan Məmmədov


Etiketlər:  Xəritələrlə manipulyasiya sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ