Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 20:16
Afrikanın cənubunda yerləşən Esvatini Krallığının (2018-ci ilədək Svazilend Krallığı adlanıb) Baş naziri Mandvulo Dlamini Cənubi Afrika Respublikasındakı (CAR) xəstəxanada həyatını itirib. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 52 yaşlı hökumət başçısı COVID-19-dan müalicə olunurdu.
Həkimlərin söylədiyinə görə, mərhum Baş Nazir noyabrda yoluxduğu virusdan sonra ciddi müalicə almaqdan imtina etmişdi. Vəziyyətinin daha da ağırlaşdığı bir vaxtda isə onu qonşu CAR-dakı xəstəxanaya gətiriblər və burada həyatını itirib. Mandvulo hökumətə başçılıq etməzdən əvvəl 18 il ərzində Krallığın Mərkəzi Bankına rəhbərlik edib.
Ümumilikdə isə dekabrın 14-nə olan məlumatda Afrika qitəsində 2 milyon 400 min insanın COVID-19-a yoluxduğu, 56 mindən çox pasiyentin isə öldüyü bildirilir.