Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ ''Moderna'' və ''BioNTech-Pfizer''dən əlavə 180 milyon vaksin almaq istəyir

Aİ ''Moderna'' və ''BioNTech-Pfizer''dən əlavə 180 milyon vaksin almaq istəyir

Tarix: 16 Dekabr 2020 06:16

Bakı. Trend:

Avropa Komissiyası ABŞ-ın "Moderna" şirkəti və "BioNTech və Pfizer" konsorsiumundan Avropa İttifaqı üçün yeni növ koronavirusa (COVİD-19) qarşı əlavə 180 milyon vaksin almaq niyyətindədir.

Trend-in "Der Spiegel"ə istinadən verdiyi məlumata görə, "Moderna" şirkətindən 80 milyon əlavə vaksin, "BioNTech və Pfizer" konsorsiumundan isə əlavə 100 milyon vaksinin alınması planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası "Moderna" şirkətindən Avropa İttifaqı üçün 80 milyon vaksin (biri 21 avrodan), "BioNTech və Pfizer" konsorsiumundan isə 200 milyon vaksin (biri 15,5 avrodan) sifariş edib.

Bildirilir ki, sifarişlərin ümumi dəyəri təxminən 3,2 milyard avro təşkil edəcək.


Etiketlər:  Moderna BioNTech Pfizerdən əlavə milyon vaksin almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ