Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 11:15
16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası videokonfrans formatında keçiriləcək.
Energetika Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, tədbirin birinci günündə iclas prosedur məsələləri nəzərdən keçiriləcək, ikinci gün isə "Hərkəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçiriləcək.
Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edəcək.