Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 16:00
Bakı. Elçin Mehdiyev - Trend:
Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Eldəniz Səlimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında keçirilən görüşü şərh edərkən deyib.
Deputat xatırladıb ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu halda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
E.Səlimov vurğulayıb ki, Azərbaycan sabit və stabil bir ölkə kimi dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "NATO və Rusiya Federasiyası təmsilçilərinin Bakıda görüşməsi, bu tədbirin Azərbaycana etibar edilməsi bir daha ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Bu gün ölkəmizdə mühüm beynəlxalq görüşlərin, mərasimlərin keçirilməsinin əsas səbəblərindən biri möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu və beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsidir".
Qeyd edək ki, ötən gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüş keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin