Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəlin toyundan 3 gün sonra ''qardaşı'' ilə qaçdı

Gəlin toyundan 3 gün sonra ''qardaşı'' ilə qaçdı

Tarix: 16 Dekabr 2020 22:36

Hindistanın Uttar Pradeş əyalətinin sakini öz toyundan üç gün sonra "qardaşı" ilə qaçıb.

Sonxeber.net xəbər verir ki, cütlüyün 25-28 noyabr tarixlərində toyu olub.

28 noyabrda sevgilisi özünü qızın qardaşı kimi təqdim edərək gəlinin yanına gəlib. Onlar həmin gecə zinət əşyalarını da götürərək evdən qaçıb.

Bəyin ailə üzvləri gəlini və "qardaşını" tapa bilmədikdən sonra gəlinin qohumları ilə əlaqə saxlayıb. Gəlinin anası və kürəkəni polisə şikayət edərək qızın tapılmasını tələb edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları "qaçaqları" tapmaq üçün heç bir tədbir görməyib.

Bəyin, ailə üzvlərinin və gəlinin anasının təkrar müraciətindən sonra polislər qısa müddətdə qadını və sevgilisini tapacaqlarına əmin ediblər. (publika.az)


Etiketlər:  Gəlin toyundan gün sonra qardaşı ilə qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ