Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 13:32
ABŞ Rusiyanın aşağı orbitli peyklərini vurmağa qadir raketi sınaqdan keçirdiyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Amerika Kosmik Komandanlığı (SPACECOM) məlumat yayıb.
"Rusiya şaquli dırmaşan peyk əleyhinə (DA-ASAT) raketini sınaqdan keçirdi", - SPACECOM vurğulayıb.
ABŞ rəsmi Moskvanın quru və havada yerləşdirilmiş peyk əleyhinə raketlərin hazırlanmasına və yerləşdirilməsinə davam etməsindən narahat olduğunu bildirib.
"Rusiyanın fəaliyyəti kosmosun silahlanmasına qarşı diplomatik və ictimai mövqeyi ilə uyğun gəlmir. Rusiya tamamilə iki fərqli kosmik silah növü inkişaf etdirdi", - deyə vurğulanıb.
Qeyd olunub ki, Rusiya bu il həm DA-ASAT, həm də CO-ASAT sistemlərini sınaqdan keçirib. DA-ASAT aşağı orbitli peykləri məhv edə bilir, digəri isə peyk əleyhinə silahdır.
Xatırladaq ki, Rusiya və Çin son illərdə kosmik silahlara böyük sərmayə yatırırlar.
ABŞ rəhbərliyi keçən ilin dekabrında öz Kosmik Qüvvələrinin yaradılmasını və Rusiya, Çinin peyk əleyhinə silahlarına sahib olacağını bildirmişdi.