Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya iqtisadiyyatı digər Avropa ölkələrinə nisbətən gec bərpa olunacaq

İspaniya iqtisadiyyatı digər Avropa ölkələrinə nisbətən gec bərpa olunacaq

Tarix: 18 Dekabr 2020 07:36

Dünyanın bütün ölkələrinin ən böyük problemlərindən biri koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrandan mümkün qədər tez çıxmaqdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış qlobal rəqabətqabiliyyətliliyə dair hesabatda İspaniyanın iqtisadi aktivliyi sürətlə bərpa edə biləcək və mövcud böhranın qarşısını ala biləcək ölkələrdən biri olacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, İspaniya ən yüksək iqtisadi potensiala malik olan 37 ölkə arasında 20-ci yeri tutur.

Finlandiya, İsveç, Danimarka, Niderland və Çinin başçılıq etdikləri reytinq siyahısında daha sonra İrlandiya, Avstriya, Belçika, İsveçrə yer alıb.

Hesabata görə, həmin dövlətlərin iqtisadiyyatı postkoronavirus mühitinə daha tez uyğunlaşır.

Hesabatda ümumilikdə 11 meyar - vergi sistemində dəyişiklik, energetika sisteminə keçid üçün infrastruktur sisteminin təkmilləşdirilməsi, təhsil planları, rəqabətə uyğunlaşma, qocalara və uşaqlara qayğı göstərmək üçün ölkədəki imkanlar təhlil edilir.


Etiketlər:  İspaniya iqtisadiyyatı digər Avropa ölkələrinə nisbətən bərpa olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ