Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 07:48
Bakı. Trend:
Amerikanın "Microsoft" şirkəti sistemlərinin kiber hücumlar həyata keçirmək üçün hakerlər tərəfindən istifadə edilmədiyini bildirir.
Trend TASS-a istinadən xəbər verir ki, "Microsoft"un amerikan "SolarWinds" şirkətinin müştərilərindən biri olduğu qeyd edilir. Hakerlərin sonuncusunun sistemlərinə giriş əldə etdikləri və "Microsoft"un "SolarWinds"in ekosistemində zərərli kod tapıldığını, onun təcrid olunduğunu və silindiyini xəbər verib.
"Microsoft" nümayəndələri hakerlərin proqram istehsalçısı olan şirkətin sistemlərinə və ya müştərilərinin məlumatları xidmətlərinə giriş əldə etdiklərinə dair "heç bir dəlil tapmadıqlarını" vurğulayıblar.
Xatırladaq ki, bir qədərə əvvəl "Reuters" "Microsoft"un ABŞ hökumət idarələrini hədəf alan kütləvi haker hücumundan təsirləndiyinə dair bir açıqlama yayıb. Agentlik hakerlərin "Microsoft" məhsullarını istifadə edərək zərərli proqramları paylaya bildikləri versiyasını irəli sürmüşdür.