Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

28 ermənini məhv edən şəhid Fərid İlyasov - Onun arzusu anasına bir ovuc Laçın torpağı gətirmək idi - VİDEO

28 ermənini məhv edən şəhid Fərid İlyasov - Onun arzusu anasına bir ovuc Laçın torpağı gətirmək idi - VİDEO

Tarix: 18 Dekabr 2020 11:24

Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəmanlardan biri də Fərid İlyasov olub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, əslən Laçın rayonunun Hacılar kəndindən olan 22 yaşlı xüsusi təyinatlımız Qarabağ torpağında düşmənə sarsıdıcı zərbələr vurub.

Fəridin ən böyük arzusu anasına bir ovuc Vətən torpağı gətirmək idi. Elə bu məqsədlə də ailəsinə belə demədən müharibəyə yollanmışdı.

Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd, Qırmızı bazar, Daşaltı istiqamətində əsl qəhrəmanlıq göstərən igidimiz Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Şuşa və Laçından nigaran gedən igidimiz, rahat uyu! Uğrunda qan tökdüyün Şuşamız da, torpağından anana söz verdiyin Laçınımız da azaddır! Şəhadətin mübarək, qardaş!

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Etiketlər:  ermənini məhv edən şəhid Fərid İlyasov Onun arzusu anasına ovuc Laçın torpağı gətirmək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ