Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün evini tərk edən daha 33 aktiv koronavirus xəstəsi saxlanıldı

Ötən gün evini tərk edən daha 33 aktiv koronavirus xəstəsi saxlanıldı

Tarix: 18 Dekabr 2020 11:42

Bakı. Samir Əli - Trend:

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 17-də respublikamızın ərazisində 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 29 nəfər evə qaytarılıb, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Etiketlər:  Ötən gün evini tərk edən daha aktiv koronavirus xəstəsi saxlanıldı


RƏYLƏR