Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb (FOTO)

Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb (FOTO)

Tarix: 18 Dekabr 2020 13:06

Bakı. Samir Əli - Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Hacıtəpə kənd sakini M.Şükürlü və Astara rayonunun Pensər kənd sakini F.Zəkəriyayevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar Masallı şəhərinin giriş hissələrində qurulmuş stasionar postlarda müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb (FOTO) - Gallery Image Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb (FOTO) - Gallery Image Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Karantin postunu keçmək istəyən koronavirus xəstələri saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ